• USD 1,7017 0,00% EUR 1,9590 -0,21%
    • GBP 2,2160 -0,07% RUB 0,0288 0,00%

Berlində Novruz şənlikləri

Berlində Novruz şənlikləri

Xalqımızın milli bayramı olan Novruz Almaniyanın paytaxtı Berlində 23 və 24 mart tarixlərində geniş şəkildə qeyd edilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən Publika.Az-a verilən məlumata görə, Novruz bayramını qeyd edən ölkələrin Almaniyada yerləşən səfirliklərinin birgə təşkilatçılığı ilə artıq üçüncü dəfə keçirilən ənənəvi Novruz tədbirləri bu il Azərbaycan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan səfirliklərinin əməkdaşlığı və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Novruz şənlikləri 23 mart tarixində Avropanın nüfuzlu muzeylərindən olan Berlin Etnologiya Muzeyində başlayıb. Berlin Etnologiya muzeyinin rəhbərliyi dövlətlərin səfirlərini və qonaqları salamladıqdan sonra iştirakçı dövlətlərdən gəlmiş mədəniyyət nümayəndələri öz ölkələrinin milli musiqi nümunələri ilə çıxış ediblər. Azərbaycanı Novruz proqramında Fikrət Əmirov adına “Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı” təmsil etmişdir. Rəqqaslarımızın ifasında “Nazeləmə”, “Sarı gəlin”, “Azərbaycan”, “Bayram” və digər Azərbaycan milli rəqs havaları tədbir iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb.

Novruz tədbirləri 24 mart tarixində Türkiyə Respublikasının Almaniyadakı Səfirliyinin binasında davam etdirilib. Səfirliklər arasında əldə olunmuş razılığa əsasən, artıq ənənə halını almış Berlin Novruz şənlikləri növbəti illərdə də növbə ilə həmtəşkilatçı ölkələrin Berlində yerləşən diplomatik nümayəndəliklərində qeyd olunacaq.

Keçirilmiş tədbirlərdə həmtəşkilatçı ölkələrdə Novruz bayramı zamanı hazırlanan şirniyyat və digər kulinariya nümunələri, həmin ölkələrin mədəniyyətlərinə dair materiallar, həmçinin bu ölkələrdə Novruz bayramının qeyd edilməsi ənənələrini əks etdirən prezentasiya qonaqlara təqdim edilib. Novruz proqramına Berlin Etnologiya muzeyində iki min, Türkiyənin Almaniyadakı səfirliyində isə beş yüzdən çox qonaq qatılıb.

Publika.Az

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR