• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bayram günləri təcili yardıma nə qədər müraciət olub?

Bayram günləri təcili yardıma nə qədər müraciət olub?

Bayram günlərində Təcili yardıma müraciət edənlərin sayında ciddi artım qeydə alınmayıb. Bu günlərdə orta hesabla 1700 müraciət olub.

Bunu Publika.Az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, bayram günlərində xüsusi zəhərlənmə hadisəsi baş verməyib.

“Uşaqlarla bağlı müraciətlərdə müəyyən qədər artım qeydə alınıb. Bunu bayramla əlaqələndirmirik. Çünki uşaqlarda allergiyalar, kəskin respirator viruslu xəstəliklərlə bağlı müraciətlər hər zaman olur. Qastrit, pankreatitlə müraciətlər olub, amma bunlar məhz bayramla əlaqədar deyil və kütləvi şəkildə baş verməyib. Müraciətlərin müəyyən qədər artması poliklinikalarda qeyri-iş günü olması ilə əlaqədardır”.

Onun sözlərinə görə, ən çox artım martın 23-də olub, həmin gün 10% artım qeydə alınıb.

“Həmin günkü müraciətlər əsasən, uşaqlarla bağlı olub, yaşlılarda isə arterial təzyiqin artması problemi qeydə alınıb. Çağırışların müəyyən qismi isə xəstəxanalara yerləşdirilib”.

Z.Vahidovanın sözlərinə görə, dəm qazından zəhərlənmə ilə bağlı gündəlik 3-4 müraciət olub. Onlar xəstəxanaya çatıdırılıb, ölüm qeydə alınmayıb. Avtoqəzalar adi günlərdən çox da fərqlənmirdi, hətta daha az olduğunu deyə bilərik.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR