Bakıda maşın oğruları yaxalanıblar
Bizi izləyin

Qırmızı.az

Bakıda maşın oğruları yaxalanıblar

Bakıda avtomobil oğurlamış dəstə yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 25-nə keçən gecə Lökbatan qəsəbəsində yaşayanŞəadət Əsgərova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.



Qaradağ Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıran Bakı şəhər sakinləri Məmməd Əzimov, Nadir Dadaşov Kərim Məcidovtutulublar. Avtomobil martın 26-da Əmircan qəsəbəsi Cəfər Cabbarlı küçəsində saz vəziyyətdə tapılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm