• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İki yük avtomobili toqquşdu

İki yük avtomobili toqquşdu

Şabran şəhəri Bakı-Quba avtomobil yolunun 121-ci kilometrliyində “Shacman” markalı yük avtomobili "Volvo" markalı yük avtomobili ilə toqquşub.

Publika.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, deformasiya uğramış “Volvo” markalı yük avtomobilinin sürücüsü sıxılıb vəziyyətdə aşkarlanıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 1 nəfər yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 10:30-da başa çatıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR