Paytaxt küçələrində yenilik
Bizi izləyin

Qırmızı.az

Paytaxt küçələrində yenilik

Dənizkənarı Milli Parkda yeni idman alətləri ilə zəngin meydança salınacaq. İdman alətlərinin quraşdırılması təxminən 15-20 günə başa çatacaq.

Bu sözləri Publika.Az-a açıqlamasında Milli Olimpiya Komitəsi aparatının məsul işçisi Həsənağa Rzayev deyib.

H.Rzayev işlərin yalnız bununla kifayətlənməyəcəyini, Bulvar ərazisindəki meydançanın təcrübə məqsədilə yaradıldığını bildirdi:

“Əlbəttə, yalnız Bulvar ərazisi ilə kifayətlənməyəcəyik, məhlələrdə, küçələrdə bu avadanlıqlar quraşdırılacaq. Milli parkda həyata keçirilən bu layihə sınaq xaralterlidir. Bir müddət istifadə edildikdən sonra, insanların buna marağı öyrəniləcək. Digər ərazilərdə də quraşdırılması barədə qərar veriləcək”.

Milli Olimpia Komitəsi rəsmisinin sözlərinə görə, xarici ölkə təcrübəsinə əsaslanan bu yeniliyin həyata keçirilməsində məqsəd idmana marağı artırmaqdır:

“Bu avadanlıqların quraşdırılması əhalinin sağlamlığı və idmana olan marağı artırmaqdır. Onlar qış fəslində də açıq havada qalacaq. Insanlar səhər və günorta idmanında etdikləri hərəkətləri burada rahat şəkildə etmək imkanı yaradacaq”.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bu alətlərdən istifadə məsələsində yaş məhdudiyyətinin olmayacağını dedi. Onun sözlərinə görə, ümumilikdə 15 qurğu olacaq, fiziki qüsurlu insanlar üçün də bir neçə qurğu yerləşdiriləcək.

“Bulvar ərazisində səhər saatlarında idmanla məşğul olanların sayı çoxdur. Bu avadanlıqlara tələbat böyükdür, şəhər sakinlərinin də belə arzusu var idi. Bulvar böyüdükcə, bu avadanlıqların həmin ərazilərdə də quraşdırılması planlaşdırılır”.

Xatırladaq ki,idman alətləri ilə zəngin meydançanın açılışı bu ilin yanvar ayına planlaşdırılırdı. Hər iki qurumdan isə bu gecikməni, müəyyən problemlərlə əlaqədar olduğunu dedilər. Amma ən geci bir aya istifadəyə veriləcəyini bildirdilər.


İdman meydançası Milli Olimpiya Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə salınıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm