Hava kəskin dəyişəcək - Xəbərdarlıq
Bizi izləyin

Qırmızı.az

Hava kəskin dəyişəcək - Xəbərdarlıq

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişkən keçəcəyi gözlənilir.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.


Martın 29-da cənub küləyinin güclənəcəyi, temperatur rejiminin isə nisbətən yüksələcəyi ehtimal olunur. Martın 29-dan 30-na keçən gecədən şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun kəskin, 10-14 dərəcə aşağı enəcəyi gözlənilir.


Respublikanın bəzi şimal və qərb rayonlarında, 30-da isə əksər rayonlarda hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.


Qeyd edək ki, martın 28-də prosesin gedişatından asılı olaraq bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm