Qırmızı.az
Dini məbədlərə pulsuz qaz necə veriləcək - Limit
"Azəriqaz" İstehsalat Birliyi (İB) Azərbaycanda dini məbədlərə veriləcək pulsuz qaz üçün limit müəyyən edib.
"Azəriqaz" İB-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və Azərbaycan Dövlət Neft Şirkətinin Şurasının qərarına əsasən məscidlərə və dini icmalara məxsus dini məbədlərə ayrılmış illik limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub.
"Azəriqaz" -ın abonent uçotu sistemində qeydiyyatda olan və təbii qazla təmin olunan İslam dini təyinatlı ibadət, digər konfessiyalara məxsus məbəd və ziyarət yerlərinin 2013-cü il ərzində istifadə etdikləri orta illik sərfiyyatı 1953 kubmetr olub.
Buna baxmayaraq, hal-hazırda təbii qazla təmin olunmuş ibadət və ziyarət yerlərinin hər birinə illik 5 min kubmetr limitin tətbiq olunması nəzərdə tutulur: "Bu qərar yalnız dövlət qeydiyyatından keçmiş dini icmalara məxsus məbədlərə aiddir. Hansı məbəd nəzərdə tutulmuş limitdən artıq qaz istifadə edəcəksə, onun pulunu ödəməli olacaq"
Artıq bununla bağlı həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, həm də "Azəriqaz" -ın abonent uçotu sistemində qeydiyyatda olan və təbii qazla təmin olunan məbəd və ziyarət yerlərinə məlumat verilib.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət