Qarabağ zənciləri kim olublar?
Bizi izləyin

Qırmızı.az

Qarabağ zənciləri kim olublar?

Qarabağ zənciləri kim olublar?

Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının əməkdaşı, ADR tarixi üzrə tədqiqatçı Dr. Ramin Sadıqovun facebook səhifəsində 1870-ci ilə aid olan "Qarabağ zəncisi" adlı şəkil yayması diqqətimi çəkməyə bilməzdi.

Onu da xatırladım ki, şəkil facebookda böyük marağa səbəb olub. Ortaya belə sual çıxır ki, zəncilər Qarabağa və ya Qafqaza necə gəliblər? Bu haqda məlumat əldə etmək üçün qısa araşdırma apardıq. İlk öncə onu xatırladım ki, onlar haqda məlumatlar çox deyil.

Bu foto 1845-1924-cü illərdə yaşayan məşhur Amerikalı jurnalist Corc Kennan tərəfindən çəkilib. Kennan XIX əsrin 60-ci illərinin sonlarında Rusiya və Qafqaza səfər edib. Kennan bu bölgənin etnoqrafiyası, məişəti, adət-ənənələri ilə maraqlanıb. Jurnalist Qafqaza səfəri çərçivəsində də zəncinin şəklini çəkib. Onu da qeyd edək ki, fotonu hansı şəraitdə çəkməsi haqda hansısa informasiya yoxdur.

Onu da xatırladaq ki, fotoda olan Abxaz zəncisi kimi yazılıb.

Orxan Lətifli adında bir şəxs forumda yazıb ki, “Bunlar Abxaziyada yaşayan afrikalı zəncilərdi. Bir neçə ailə olub. Onları da Abxaz varlıları gətirib. Bu da orduya götürülənlərdəndir”.

Digər mənbədə bildirilir ki, onların Qafqaza gəlməsi haqqında tarixi məlumatlar müxtəlif cürdür.

Üstəlik, Corcis nəslinə aid olduğu və ilk dəfə olaraq XVII əsrdə Osmanlı imperiyası dövründə Qafqaza gətirildikləri bildirilir. O zaman Abxaziyanın bir hissəsi Osmanlının nəzarəti altında olub. Onların Efiopiya və ya Misirli zəncilər olduğu və Qara dəniz sahillərində varlılara məxsus olan sitrus plantasiyalarında işləmək üçün gətirildikləri söylənilir. Onların sayı bir neçə yüzə yaxın olub. Maraqlısı isə odur ki, Rusiyanın bəzi sayt və forumları onları Qarabağ zəncisi kimi təqdim edib. http://commons.wikimedia.org/wiki/File:Afro-abkhazian.jpg, http://rus-biography.ru/DocPage/?IdDocs=798

Ələkbər Pincivanlı adında şəxs daha maraqlı arqumentlə çıxış edib. Ələkbər bəy qeyd edir ki, Zəngilan rayonunun Beşdəli kəndində də belə bir Zənci nəsli mövcud olub: “Deyilənə görə, onları o kənddə hansısa bir bəy (adını unutmuşam) öz malikanəsində qulluqçu kimi saxlayıb. Həmin bəyin həm də böyük at ilxısı olub. Və bu zəncilər də orda mehtərlik edirmişlər. Hal-hazırda həmin nəslin nümayəndələri yaşayırlar və eşitdiyimə görə, elə bir zənci nəsli Şamaxıda da olub və indi də var”.

Qafqaz xalqları üzrə tədqiqatçı Ənvər Börüsoy Qafqazda ən çox qul və ya kölə saxlamaq adəti "adıq" kökənli toplumlar olaraq kabarda, çərkəz, abaza, şapsuq, abxaz və adıgeylərə məxsus olduğunu qeyd edərək, bu məsələyə geniş rakursdan yanaşdı: “Məşhur türkoloq alimlərdən İsmail Miziyev, Zeytun Zukaev, Yuroslan Bolatov, Nəzir Budaev, Əhməd Salpqarov qədim yunan tarixçisi Fukididin və digərlərinin mənbələrinə əsasən qeyd edirlər ki, bu toplumlardan vaxtilə Orta Doğudan (indiki Suriya, Misir, Livan, Fələstin, İsaril, İraq, Oman, Sudan) Qafqaza yunan və roma orduları tərəfindən sürgün ediliblər.

Çünki bu toplumlar Ural, İdel, Altay, Sibir və Türküstandan Avropaya, daha çox Balkan yarımadasına doğru yürüşlər təşkil edən skif (iskit, sak, saka), sarmat, kuban, kuman, daha sonralar xəzər, alan, avar, hun, tatar, karluk türklərinin yürüşlərinin qarşısını almq üçün onlardan istifadə edilirdi. Beləliklə, adıge kökənli toplumlara türklər "çərkəz" adını verdilər. Çərkəz sözü əski türk dilində əsgər deməkdir. Bu toplumlar hər zaman bölgədə hansı dövlətin hökmranlığı olmuşdursa, onlar həmin dövlətin əsgəri rolunda çıxış etmişlər.

Buna görə də, çərkəz toplumları öz ailələrini yaşatmaq üçün, açıq və ya gizli şəkildə qul (kölə) saxlamaqla öyünərdilər. Bu ənənə onlarda indi də davam edir. Rusiya dövləti bu adəti onlara ötən 450 il müddətində tərgidə bilməmişdir. 1762-1864-cü illər arasında baş verən "Qafqaz Savaşı" əslində Osmanlı və Rusiya (burada bütün Avropa dövlətləri Rusiyanı silah, professional hərbçi, pul, dərman və ərzaqla təmin edirdilər) savaşı idi.

Xəzər imperiyası dönəmindən başlayaraq, Osmanlı dönəminə kimi adıq toplumları islam dinini qəbul etdikdən sonra avroplılara arxa çevirmişdilər və buna görə də, onlar Osmanlı dövlətinin maraqlarına görə, 100 il davam edən savaşlarda bulundular. Qafqaz Savaşının sonucu olaraq, adıqelərin (çərkəzlər) çoxu Osmanlıya pənah apardılar. Osmanlı dövləti isə onların bir hissəsini Qara dəniz boyunca, digərlərini isə onların tarixi vətənləri olan Orta Doğuya köçürtdü. Orta Doğuya köçənləri sonradan Çarlıq Rusiyası Qafqaza geri dönmələri üçün imkan yaratmaq məqsədi ilə onların xristianlığı qəbul etmələrini bir şərt kimi irəli sürmüşdü. İndiki abxazların və kabardaların xristian olmalarının əsas səbəbi də bundan irəli gəlir.

Orta Doğudan geri dönən imkanlı adıqlar özləri ilə birlikdə qara dərili zəncilər də gətirməyi qərara alırlar. Bu dönəmdə Tiflis, Gəncə, Şuşa, Dərbənd, Şəki və İrəvanda olan bəylər Qafqazdakı ticarət və iqtisadi əlaqələrini qurmağa məcbur olduqları dönəmdə imkanlı adıqlarla dostluq edirdilər. Çünki Çar Rusiyası onların Güney Azərbaycnla ənənəvi əlaqələrini yasaq etmişdi. Adıqlar ənənələrinə görə, hər zaman səmimi dostlarına qul (kölə) hədiyyə etməyi üstün tuturdular. Beləcə, Qafqazda zəngin bəylərin və ağaların evlərində zənciləri görmək mümkün olurdu. Keçmiş Sovetlər Birliyi dönəmində adıqlar hər şeyini itirmiş rus əyyaşlarını evlərində qul (kölə) kimi saxlamaq ənənəsini gizli şəkildə davam etdiriblər. Bu gün də həmin ənənə dvam etməkdədir”.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm