74 yaşlı qadın mənzilində halsız vəziyyətdə tapıldı
Bizi izləyin

Qırmızı.az

74 yaşlı qadın mənzilində halsız vəziyyətdə tapıldı

Sumqayıtda 74 yaşlı qadın mənzilində halsız vəziyyətdə aşkarlanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1940-cı il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə damdan enərək daxil olublar.

Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanıb. Vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Əməliyyat saat 13:40-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm