Penitensiar müəssisələrdə qadağan olunmuş rabitə vasitələri aşkar edilib
Bizi izləyin

Qırmızı.az

Penitensiar müəssisələrdə qadağan olunmuş rabitə vasitələri aşkar edilib

Penitensiar müəssisələrdə qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Maarif Tarif oğlu Bağırovun üzərinə baxış keçirilib. Baxış zamanı onun alt paltarının içərisində gizlədilmiş bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, M.Bağırov Cinayət Məcəlləsinin 181.3.1; 181.3.2; 181.3.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Anar Qəhrəman oğlu Əliyevin üzərinə və saxlanıldığı kameraya baxış zamanı onun cibindən daxilində danışıq kartı olmayan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, A.Əliyev Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Hər iki fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm