Suriyada həlak olan bir azərbaycanlı haqda təfərrüatlar
Bizi izləyin

Qırmızı.az

Suriyada həlak olan bir azərbaycanlı haqda təfərrüatlar

“Suriyada son həlak olanlardan biri QAT-ın üzvü olub”

“Suriyada son həlak olanlardan biri QAT-ın üzvü olub”.

Bunu “Axar.az”a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O, həmin şəxsin adının Rüstəm Əsgərov olduğunu bildirib:

”Suriyada son həlak olanlardan biri QAT-ın üzvü olub. Adı Rüstəm Əsgərov idi. Çox normal da bir insan idi. Mən özüm onunla dəfələrlə danışmışdım. Elə bil, sanki heç nə qəbul etmək səviyyəsində deyildi. O, hətta Suriyaya getməzdən əvvəl dostlarına zəng etmişdi ki, Qarabağda müharibənin başlaması ehtimalı yoxdur, ona görə də mən ora gedirəm”.

A.Nağı Suriyada həlak olmuş həmyerlimizin əvvəllər həbsdə yatması haqqında da məlumat verib: “Onlar 2003-cü ildə Qarabağa döyüşməyə getmək istəyirdilər. Hamısını tutub iş vermişdilər. Onlardan birinə ömürlük, qalanlarına bir neçə il iş verdilər. Azadlığa çıxanlar yanıma gəldilər. Dedilər ki, biz yenidən Qarabağa getmək istəyirik. Bunlar belə insan idilər. Onlar hər zaman Qarabağ üçün döyüşməyə hazır idilər”.

Qeyd edək ki, Rüstəm Əsgərov 2013-cü il dekabrın 6-da Suriyanın Hələb şəhərində hökumət qüvvələri ilə döyüş zamanı həlak olmuşdu. “İraq və Levantanın İslam dövləti” qruplaşması sosial şəbəkələrdə həmyerlimizin ölümü ilə bağlı informasiya yaymışdı. Rüstəm Əsgərovun Suriyadakı azərbaycanlı döyüşçülərin ideoloji rəhbəri olduğu bildirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm