Ali Hərbi Məktəbdə daha bir qalmaqallı həbs - Yeniləndi
Bizi izləyin

Qırmızı.az

Ali Hərbi Məktəbdə daha bir qalmaqallı həbs - Yeniləndi

Polkovnik-leytenant müdafiə nazirinin əmrini yerinə yetirməyib.

Polkovnik-leytenant müdafiə nazirinin əmrini yerinə yetirməyib.

Azərbaycan Ali Hərbi Məktəbinin tədris şöbəsinin rəisi mayor Ramiz Fərəməzov həbs edilib. Prokurorluq orqanları onun barəsində korrupsiya faktları üzrə istintaq araşdırmaları aparır. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə hərbi mənbələrdən məlumat verilib. Mənbə bildirib ki, məktəbin sabiq rəis əvəzi polkovnik Mirzəli Yusifov yanvar ayının ilk həftəsində həbs edilib. Ramiz Fərəməzovun Mirzəli Yusifovun “əlaltısı” və “pul yığmaq” üzrə biznes ortağı olduğu bildirilir. Mənbə bir sıra maraqlı faktları açıqlayıb. Maraq doğuran fakt budur ki, Mirzəli Yusifov və Ramiz Fərəməzovla iş ortağı olan Hərbi Mühəndis Kafedrasının rəisi vəzifəsini sifarişlə 8 ildən çox icra edən vəzifəcə Hərbi Mühəndis Kafedrasının rəisi olan polkovnik-leytenant Məmmədov Həsən Məmməd oğlu hətta Müdafiə naziri general–polkovnik Zakir Həsənovun əmrini belə yerinə yetirmək istəmir. “Mən naxçıvanlıyam və general Kərəm Mustafayevin adamıyam” deyərək hələ də at oynadır. 15 yanvar 2014-cü il tarixində Ali Hərbi Məktəbin rəisinə özünü təqdim etmiş hərbi xidmətini davam etdirmək üçün gəlmiş Hərbi Mühəndis Kafedrası rəisinin müavini vəzifəsinə Müdafiə nazirinin əmri ilə təyin olunmuş polkovnik-leytenant Şeydayev Ruslan Fərhad oğlu öz iş otağına polkovnik-leytenant Həsən Məmmədov tərəfindən buraxılmayıb. Silsilə rəisi Hərbi Mühəndis Kafedrası rəisinin müavini polkovnik-leytenant Ruslan Şeydayevə müəllimlər otağında oturmağı əmr edib. Əldə olunan məlumatlara görə Ali Hərbi Məktəbin rəisi general-mayor Heydər Piriyev işə qarışıb. Onun tapşırıqlarına baxmayaraq silsilə rəisi hələ də kafedra rəisinin xidməti iş otağını azad etmək istəmir. (“Musavat.com”) *** 2014-01-16 10:15:42 Müdafiə Nazirliyinin mətbuat xidməti Ramiz Fərəməzovun həbsini təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ramiz Fərəməzov 26 avqust 2013-cü il tarixində yaşa görə Silahlı Qüvvələrin sıralarından təxris olunub: “O, mülki vətəndaşdır. Müdafiə Nazirliyinə aidiyyəti yoxdur”. Qeyd edək ki, bir necə gün öncə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi polkovnik Mirzəli Yusifov da həbs edilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm