Bəzi rayon və qəsəbələrdə suyun verilməsində 24 saat fasilə olacaq
Bizi izləyin

Qırmızı.az

Bəzi rayon və qəsəbələrdə suyun verilməsində 24 saat fasilə olacaq

“H.Z.Tağıyev adına Su Kəmərləri” İdarəsinin 1 saylı nasos stansiyasında yenidənqurma işlərinin aparılması ilə əlaqədar magistral xətlə içməli suyun verilməsi dayandırılır.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.Az-a verilən məlumata görə, bununla əlaqədar martın 28-dən 24 saat müddətinə H.Z.Tağıyev qəsəbəsi, Sumqayıt stansiyası, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi, Abşeron rayonunun Qobustan, Çaylı, Pirəküşkül, Nübar və Binəqədi rayonunun 28 may yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm