Qırmızı.az
Əlillərə qarşı münasibətin dəyişməsi məqsədilə təlimlərə başlanılıb
Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurası tərəfindən maliyyə və Milli Paralimpiya Komitəsinin təşkilatı dəstəyi ilə martın 27-dən başlayaraq "Əlillər və KİV-2" layihəsinin həyata keçirilməsinə başlanıb.
Əlil İdmançılara Dəstək İctimai Birliyindən verilən məlumata
görə, layihə çərçivəsində Heydər Əliyev adına Beynəlxalq hava
limanının əməkdaşlarına sosial baryerin, stiqmanın aradan
qaldırılması məqsədi ilə əlilliyi olan insanlara malik olduqları
qüsurlara görə müxtəlif qeyri-rəsmi, onlarda kompleks yarada
biləcək ara sözlərinin təyin olunmuş terminlərlə əvəz olunması
mövzusunda təlimlər keçirilib.
Məqsəd əlilliyi olan şəxsləri ictimaiyyətə düzgün şəkildə təqdim
etmək, onlara doğru yanaşmağa yönləndirmək və bu kimi halların
aradan qalxmasını təmin etməkdir.
Fiziki məhdudiyyətli şəxslərin hisslərini və qarşılaşdıqları
çətinliklərin yaşadılması məqsədilə təlim iştirakçılarının əlil
arabasında və gözləri bağlı şəkildə hərəkət etmələri əyani surətdə
həyata keçirilib.
Növbəti təlimlər Dəmiryol vağzalı və Beynəlxalq avtomobil
vağzalının, eləcə də kütləvi informasiya vasitələrinin
əməkdaşlarına və jurnalistika fakültələrinin tələbələrinə
keçiriləcək.
Təlimin əsas xüsusiyyəti ondadır ki, təlimi müxtəlif sahələrdə
fəaliyyət göstərən əlilliyi olan insanlar özləri öyrədirlər.
/Trend/
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!