
Cəbhə xəttində Ermənistan Ordusunun hərbçisi məhv edilib.
Publika.az-ın News.am saytına istinadən verdiyi məlumata görə, erməni əsgər, 1995-ci il təvəllüdlü Araik Babayan Azərbaycan hərbçiləri tərəfindən öldürülüb.
Hadisə cəbhənin Tovuz istiqamətində baş verib.