Qırmızı.az
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin I Tibb konfransı keçirilir
Bu gün Azərbaycanın Ukraynadakı səfirliyində bu ölkədəki azərbaycanlı gənclərin I Tibb konfransı öz işinə başlayıb. Konfrans səfirliyin, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) və "Sağlam" Ailə tibb mərkəzinin təşkilatçılığı ilə keçirilir.
UAGB-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,
konfransda Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukrayna
Səhiyyə Nazirliyinin Beynəlxalq tədris proqramları idarəsinin
rəhbəri Nataliya Morozova, Kiyev Milli Tibb Universitetinin rektoru
Katerina Amasova, Ukrayna Milli Tibb Akademiyasının baş elmi katibi
Vladimir Mixnov, Türkiyə, Almaniya, Ukrayna və Fransanın Tibb
universitetlərinin azərbaycanlı tələbələri və məzunları, eləcə də
Ukraynanın tanınmış tibb alimləri iştirak edirlər.
Konfrans Heydər Əliyevin Kiyevin mərkəzindəki abidəsini ziyarətlə
başlayıb.
Konfransın açılışında çıxış edən UAGB-nin sədri Anar Tahirov
bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd dünyanın bir çox
ölkələrinin ali tibb ocaqlarında təhsil alan azərbaycanlı tələbə,
məzun və tibb mütəxəssisləri arasında əlaqələrin yaradılmasıdır:
"Eyni zamanda, onlar arasında təcrübə mübadiləsinin aparılması və
gələcəyin tibb mütəxəssisləri arasında Koordinasiya Şurasının
yaradılmasıdır".
Çıxış edən Azərbaycanın Ukraynadakı səfiri E.Mədətli bildirib ki,
bu ölkənin müxtəlif ali təhsil ocaqlarında 6 min azərbaycanlı
tələbə təhsil alır. O, qeyd edib ki, bunlardan 2 minə yaxını tibb
sahəsinin payına düşür. Səfir bu konfransın gələcək fəaliyyət üçün
stimul verəcəyini bildirib.
Ukraynanın həkim və alimlərinin konfransda iştirakının əhəmiyyətli
amil olduğunu qeyd edən diplomat deyib ki, tələbələrlə aparılacaq
fikir mübadiləsi gələcəkdə səmərəli bəhrə verəcək.
Ukraynanın səhiyyə nazirinin müavini bildirib ki, son illərdə
Azərbaycandan Ukraynanın tanınmış ali məktəblərinin tibb
bölmələrinə azərbaycanlı gənclərin marağı artıb. Nazir müavini
əminliklə qeyd edib ki, Ukraynada təhsil alan azərbaycanlı gənclər
gələcəkdə öz ölkələrinə mükəmməl mütəxəssis kimi dönəcəklər
Tədbirdə Ukraynanın tibb elmləri doktoru Aydın Salmanovun akademik
Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş "Cərrahiyyədə
riskin idarə olunması" adlı elmi əsərinin təqdimatı da olub.
Tədbirə dünyanın müxtəlif ölkələrinin tibb ocaqlarında təhsil alan
150 azərbaycanlı tələbənin qatıldığını bildirən UAGB-nin sədr
müavini Cavid Hüseynzadə qeyd edib ki, gün ərzində 3 panel üzrə
müzakirələr aparılacaq. Panel üzrə aparılan müzakirələrdə
tələbələrlə tanınmış tibb mütəxəssisləri arasında fikir
mübadilələri aparılacaq.
Konfrans panellərlə davam edir.
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?