• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Alt paltarında həbsxanaya mobil telefon keçirmək istədi

Alt paltarında həbsxanaya mobil telefon keçirmək istədi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkumlardan qadağan olunmuş əşyalar götürülüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Maarif Tarif oğlu Bağırovun üzərinə baxış keçirilən zaman alt paltarının içərisində gizlədilən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Maarif Bağırov Cinayət Məcəlləsinin 181.3.1; 181.3.2; 181.3.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan Anar Qəhrəman oğlu Əliyevin üzərinə və saxlanıldığı kameraya baxış keçirilən zaman onun cibindən daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Anar Əliyev Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Hər iki fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR