Qırmızı.az
Elşad Abdullayevə Moskvada cinayət işi açıldı
ABU-nun keçmiş rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevə qarşı Rusiyada cinayət işi qaldırlıb.
Bu barədə “Axar.az”a mötəbər mənbədən məlumat daxil olub. Məlumata görə, o, fırıldaqçılıqda və vergidən yayınmada ittiham olunur.
Mənbənin dediyinə görə, söhbət ABU-nun Moskva filialı ətrafında baş verənlərlə bağlıdır. Abdullayev və bu filialın Malik adlı keçmiş müdiri filiala yüzlərlə tələbə qəbul etdiriblər. Moskva vilayətinin Marfino adlı kiçik kəndində filial yaradan və yüzlərlə tələbəni ora qəbul etdirdikdən sonra Bakıya köçürən Abdullayev ABU bağlanandan sonra təhsili yarımçıq qalmış tələbələri taleyin ümidinə buraxıb.
“Bu tələbələrin valideynləri filiala qəbul olunmaları üçün Abdullayevə 3-5 min dollar arası pul da veriblər. Bundan başqa elə tələbə olub ki, illik təhsil haqqını da əvvəlcədən ödəyirmiş. Məhz həmin tələbələrin valideynlərinin şikayəti əsasında Moskva şəhər Prokurorluğunda Abdullayev və Malik adlı filial müdiri barədə cinayət işi qaldırılıb. Onlar Rusiya Federasiyası Cinayət məcəlləsinin 159-cu (dələduzluq) və 198-ci (külli-miqdarda vergidən yayınma) maddələri ilə ittiham olunurlar. Bundan başqa Moskva univeristetlərindən birinin müəllimi, hüquq elmləri namizədi Oqtay adlı birinin də qeyri-qanuni tələbə köçürülməsində iştirakı təsdiqlənib. Hazırda onun barəsində araşdırma gedir".
Məlumata görə, Abdullayev və dəstəsi filialın mövcud olduğu illər ərzində bir rubl da olsun vergi ödəməyiblər. Araşdırma davam edir. Abdullayev və dəstəsi barədə ilginc faktları təqdim edəcəyik.
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı