Cinayətkar dəstənin daha 2 üzvü həbs edildi - VİDEO
Bizi izləyin

Qırmızı.az

Cinayətkar dəstənin daha 2 üzvü həbs edildi - VİDEO

Bir neçə gün öncə Binəqədi polisinin Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi ilə birgə avtomaşınları oğurlayaraq onları hissələrə ayırıb satmaqla məşğul olan dəstəyə qarşı həyata keçirdiyi əməliyyatın davamı olaraq daha 2 nəfəri həbs edib.

Bir neçə gün öncə Binəqədi polisinin Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi ilə birgə avtomaşınları oğurlayaraq onları hissələrə ayırıb satmaqla məşğul olan dəstəyə qarşı həyata keçirdiyi əməliyyatın davamı olaraq daha 2 nəfəri həbs edib.

Martın 24-də polislər tərəfindən ifşa edilən 4 nəfərdən ibarət dəstənin rayon ərazisində quldurluq edərək maşınları hissələrə ayırıb satmaları müəyyən edilmişdi. İndi isə dəstə ilə iş birliyi olan 26 yaşlı Fəxri Quliyev və 25 yaşlı Anar Piriyev saxlanılıb. Saxlanılan Fəxri Quliyev istintaqa verdiyi ifadəsində bildirib ki, tanışı Elməddin adlı şəxsdən “Reno” markalı maşın alıb. Amma bu maşında əlavə özünün də eyni markalı maşını olub. Amma sonradan qiymətdə razılığa gələ bilmədiklərindən maşını qaytarmaq istəyib və sonda hər iki tərəf qarşılıqlı razılığa gələ bilib.

Bu yolla maşın Anar Priyevin vasitəsilə bir neçə gün öncə zərərsizləşdirilən qrupun üzvü Cavid Əliyevə satılıb. Anarın isə vasitəçi kimi bu işdən gəliri 100 manat olub. Cavid də öz növbəsində həmin maşını hissələrə ayırmaq məqsədindən daşınaraq satışa çıxarıb. Nəticədə maşın başqa nömrə ilə eyni model, yəni “Reno” markalı maşına məxsus sənədlə satılıb. Cavidlə Anarın iş biriliyi bununla da kifayətlənməyib. Ortada maddi qazancın olması Anarın marağını artırıb.

Hazırda Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cinayətdə adı hallanan Elməddin adlı şəxsin istintaqa cəlb edilməsi üçün işlər aparır. Gənclərin isə bu kimi dələduzluqlarının sayının artacağı isə istisna edilmir. Odur ki, hər iki şəxsin əməllərindən ziyan görən vətəndaşlar varsa, Binəqədi polisinə müraciət etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm