Azərbaycanda dəhşətli yol qəzası: 1 ölü, 3 yaralı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda dəhşətli yol qəzası: 1 ölü, 3 yaralı

Masallı rayonunda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat qəzası baş verib. Masallı Rayon Polis Şöbəsindən verilən məlumata görə, bu gün saat 21.00 radələrində rayonun Bambaşı kəndi ərazisində 3 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib

Masallı rayonunda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat qəzası baş verib. Masallı Rayon Polis Şöbəsindən verilən məlumata görə, bu gün saat 21.00 radələrində rayonun Bambaşı kəndi ərazisində 3 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Belə ki, qəza zamanı “VAZ-2107”, “VAZ-21011” və “Mitsubishi Pajero” markalı minik avtomobilləri bir-biri ilə toqquşub.

Hadisə nəticəsində “VAZ-21011”-in sürücüsü, Masallının Güllütəpə kənd sakini, 66 yaşlı İmaməli Feyruz oğlu Qubadov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Həmin avtomobilin sərnişinləri, rayonun Güllütəpə kənd sakinləri, 67 yaşlı Qızxanım Xanı qızı Qubadova və 60 yaşlı İstəgül Səlimxan qızı Qubadova, həmçinin “VAZ-2107” markalı avtomobilin sərnişini, Masallı şəhər sakini, 25 yaşlı Ülvi Akif oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm