“İrəli” Beynəlxalq gənclər mübadiləsi proqramında iştirak edir
Bizi izləyin

Qırmızı.az

“İrəli” Beynəlxalq gənclər mübadiləsi proqramında iştirak edir

Martın 23-dən 30-dək Türkiyənin Qaziantep şəhərində Avropa Komissiyasının maliyyə dəstəyi ilə “Artistic of learning methods and transnational socio-cultural changes” Beynəlxalq gənclər mübadiləsi proqramı həyata keçirilir.

Publika.Az-ın məlumatına görə, tədbirdə Azərbaycanı “İrəli” İctimai Birliyinin Tədqiqatlar və İnnovasiya Mərkəzinin rəhbəri Murad Ağabəyli, fəal üzvlər Validə Zərbəliyeva, Qəndab Hüseynova, Saleh Bağırov və Faiq Məmmədov təmsil edirlər.

Layihə çərçivəsində müxtəlif nəzəri və tətbiqi panellər həyata keçirilir, yerli məktəb, universitet və mədəniyyət mərkəzlərinə səfərlər təşkil olunur.

Mübadilə proqramında ümumilikdə 7 ölkənin (Azərbaycan, Gürcüstan, Türkiyə, İtaliya, Makedoniya, Serbiya və Rumıniya ) nümayəndələri iştirak edir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm