Sabah hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Sabah hava necə olacaq?

Martın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutqun olacağı ehtimalı var.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Cənub küləyinin arabir güclənəcəyi, axşam güclü şimal küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturunun gecə 4-7, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə də hava şəraitinin axşam şimal və qərb rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.


Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 13-18 isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm