Aprel ayında hava iqlim normasından yüksək olacaq
Bizi izləyin

Qırmızı.az

Aprel ayında hava iqlim normasından yüksək olacaq

Aprel ayında Azərbaycan ərazisində orta aylıq temperaturun iqlim normasından bir qədər yüksək, ayrı-ayrı yerlərdə isə iqlim normasına yaxın olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.Az-a verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasından az, bəzi ərazilərdə isə normaya yaxın olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-14 dərəcə isti (gecələr 7-12, gündüzlər ayın birinci yarısında 14-19, ikinci yarısında 20-25, bəzi günlərdə 30 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 23-33 mm), bəzi yerlərdə isə bir qədər az olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-16 dərəcə isti (gecələr 6-11, ayın birinci yarısında 17-22, ikinci yarısında 23-28, bəzi günlərdə 33 dərəcəyədək isti) olacağı gözlənilir. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 34-59 mm), bəzi yerlərdə isə bir qədər az olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 10-13 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, ayın birinci yarısında 11-16, ikinci yarısında 18-23, bəzi günlərdə 27 dərəcəyədək isti) olacağı gözlənilir. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 54-83 mm) olacaq.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 13-16 dərəcə isti (gecələr 6-11, ayın birinci yarısında 15-20, ikinci yarısında 22-27, bəzi günlərdə 30-32 dərəcəyədək isti) olacağı ehtimal edilir. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasından az (norma 31-54 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 10-15 dərəcə isti (gecələr 5-10, ayın birinci yarısında 11-16, ikinci yarısında 18-23, bəzi günlərdə 25-27 dərəcəyədək isti) olacağı gözlənilir. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 29-126 mm) olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 14-17 dərəcə isti (gecələr 8-13, ayın birinci yarısında 18-23, ikinci yarısında 25-30, bəzi günlərdə 32 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-49 mm), bəzi yerlərdə isə bir qədər az olaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə dağlarda 0-5, ayın birinci yarısında 14-19, ikinci yarısında 21-26, bəzi günlərdə 28-30 dərəcəyədək isti) olacağı gözlənilir. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm) olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm