Qırmızı.az
"Dondurulmuş münaqişələr regionun inkişafına ciddi maneədir" - Zakir Həsənov
Bu gün Müdafiə Nazirliyində Gürcüstan müdafiə nazirinin müavini Mixeil Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov M.Darçiaşvilini qəbul edib.Hər iki dövlətin müdafiə nazirliklərinin nümayəndələrinin görüşündə ölkələr arasında hərbi və hərbi-təhsil sahələrində əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov M.Darçiaşvilini qəbul edib.Müdafiə naziri qonağı salamlayaraq iki ölkənin münasibətlərinin strateji xarakter daşıdığını, beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış etdiklərini, Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdirildiyini vurğulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri ölkələrimizin ərazilərindəki mövcud qaynar bölgələrdə dondurulmuş münaqişələrin regionun inkişafına ciddi maneə olduğunu diqqətə çatdırıb. O, eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Gürcüstan müdafiə nazirinin müavini M.Darçiaşvili də öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm tarixi bazaya və qarşılıqlı səmimi münasibətlərə əsaslandığını, Gürcüstanla Azərbaycanın vacib tərəfdaş olduğunu qeyd edib, hər iki ölkənin Müdafiə nazirlikləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığın ölkələrin ümumi mənafelərinə xidmət etməsini bildirib.
Sonra Azərbaycan-Gürcüstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Görüşdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak edib.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü