Bədənindən “cin çıxan” qız danışdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bədənindən “cin çıxan” qız danışdı - VİDEO

Azərbaycanda cinlərin insan bədəninə daxil olması isə 24 yaşlı Goranboy sakini Əliyeva Lamiyənin məruz qaldığı hadisədən sonra daha da aktuallaşıb

Son günlər ölkə gündəmində əsas müzakirə olunan mövzulardan biri də cinlərdir.

Daha doğrusu cinlərin mövcudluğu və ya həmin məxluqların insan orqanizminə daxil ola bilməsidir. Məsələyə yerli mediada bir çox aspektdən baxış olub. Bəzi KİV-lər ümumiyyətlə cinlərin mövcudluğunu ekspertlərin rəyi ilə inkar edib, digərləri isə buna əks arqument gətiriblər. Azərbaycanda cinlərin insan bədəninə daxil olması isə 24 yaşlı Goranboy sakini Əliyeva Lamiyənin məruz qaldığı hadisədən sonra daha da aktuallaşıb.

Bir neçə gün öncə yerli telekanalların birinə dəvət olunan və ekstrasens tərəfindən müayinə olunsa da dərdinə çarə tapılmayan və verlişarası fasilədə kanaldan kənarlaşdırılan Lamiyə xanımı saytımızın suallarını cavablandırmağa razı saldıq. Özünün dediyi kimi bir müddət əvvəl cinlərin təzyiqi ilə üzləşmiş 1990-cı il təvəllüdlü Lamiyə hazırda bütün problemlərinin geridə qaldığını açıqlayıb.

FaktXeber.com-a müsahibəsində Goranboy sakini bildirib ki, cincıxartma mərasimindən sonra həyata sanki ikinci dəfə gəlib. O, hətta cinə və onun çıxarılmasına inanmayanlara da etirazını bildirib. Hazırda normal həyata qayıtdığını və adi insanlar kimi qida qəbul etmək, danışmaq, gülmək və s. kimi hisslərə malik olduğunu dilə gətirən müsahibimiz buna görə xoşbəxt olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm