Ədliyyə Nazirliyində kadr dəyişikliyi
Bizi izləyin

Qırmızı.az

Ədliyyə Nazirliyində kadr dəyişikliyi

Polkovnik Mehman Sadıqov yeni vəzifəyə təyin olunub

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə yeni kadr təyinatı olub.Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün Penitensiar Xidmətin rəisi, general-leytenant Mədət Quliyevin əmri ilə Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov vəzifəsindən azad edilərək eyni statuslu digər vəzifəyə təyin olunub. Belə ki, M.Sadıqov bundan sonra Penitensiar Xidmətin "Cəmiyyət və cəza" ictimai-siyasi elmi-təcrübi jurnalının baş redaktoru - şöbə rəisi vəzifəsində çalışacaq.

İctimaiyyətlə əlaqələr şöbəsindən həmçinin bildiriblər ki, bu qərar "Cəmiyyət və cəza" jurnalının fəaliyyətini canlandırmaq məqsədilə qəbul edilib.

Hələlik onun yerinə heç kim təyin olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm