• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Körpəsini qonşuya tapşırıb özünü asdı

Körpəsini qonşuya tapşırıb özünü asdı

Türkiyədə 30 yaşlı qadın etdiyi əməl ilə nəinki yaxınlarını, hətta eşidən hər kəsi sarsıdıb.

Xeberdar.az-ın “Milliyyet.com”a istinadən verdiyi məlumata görə, Kübra Bezirci bu səhər 3 aylıq körpəsini qonşusuna verib. Qadın qonşuya deyib ki, körpəni bir saat saxlasınlar, ərinə çörək aparsın.


Daha sonra qadın evə qayıdıb. Paltar asdığı iplə özünü evin tavanında asıb. Onun asılmış meyidini əri Musa Bezirci işdən evə qayıdan zaman aşkarlayıb.


Belə ki, qonşuları qadının gec qayıtdığını və körpənin ağladığını görüblər. Bu səbəbdən onlar kişini işdən çağırıblar.

Musa Bezirci həyat yoldaşının özünü asmamışdan əvvəl yazdığı məktubu tapıb. Məktubda Kübra yaxınlarına özünü öldürdüyünü yazıb.

“Mən intihar edirəm. Bu dünyadan köçüb gedirəm. Məni bağışlayın. Bu dünyada məndən yalnız körpəm nişanə qaldı. Körpəmə yaxşı baxın. Əlvida”, - deyə məktubda yazılıb.


Polis hazırda qadının nə səbəbdən özünü öldürdüyünü araşdırır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR