"1905.az" saytının təqdimatı keçirilib
Bizi izləyin

Qırmızı.az

"1905.az" saytının təqdimatı keçirilib

Şamaxıda "1905.az" saytının təqdimatı keçirilib

Bu gün Milli Məclisin deputatı Elxan Süleymanovun Şamaxıdakı qərargahında azərbaycanlıların soyqırıma məruz qaldığı tarixin 110 illiyi ərəfəsində "1905.az" saytının təqdimatı keçirilib.

Publika.Az-ın məlumatına görə, AVCİYA-nın prezidenti, E.Süleymanov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökü barədə danışıb.

Saytın işinə məsul, siyası elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev yeni elektron resursun fəaliyyət prinsipi ilə iştirakçıları tanış edib.

Bildirilib ki, azərbaycanlıların məruz qaldıqları müdhiş faciələrlə bağlı həqiqətlər Azərbaycan dili ilə yanaşı, BMT-nin Təhlükəsizlik Şurasının işçi dillərində də təqdim olunacaq. Saytda "Ermənilərin gəlişi", "Azərbaycanlıların soyqırımı", "Erməni dövləti", "Azərbaycanlıların departasiyası", "Ermənistanın Azərbaycana təcavüzü", "Atəşkəs davam edir " və başqa bölümlərdə sənədlərin, xəritələrin, fotoların dili ilə məlumat verilir. Orijinal "Zaman şəridi", "Məktəblilər üçün sözlük" və virtual "Qarabağ ensiklopediyası" da tezliklə "1905.az" saytında təşkil olunacaq.

Vasif Həsənli

Şamaxı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm