Millət vəkili Abbas Güclü ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Abbas Güclü ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Bakıda səfərdə “Kanal-D”nin populyar “Gənc baxış” proqramının aparıcısı Abbas Güclü ilə görüşüb və Azərbaycan həqiqətləri ilə bağlı geniş müzakirələr aparılıb.

Rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvətini qəbul edib ölkəmizə səfər etdikləri üçün minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva “Kanal-D”nin populyar “Gənc baxış” proqramının aparıcısı Abbas Güclüyə Azərbaycanla bağlı geniş məlumatlar verib, zəngin proqram əsasında gerçəkləşən belə səfərlərin çox anlamlı olduğunu, orta tarixə sahiblənməyimiz, bugünün sevincidə, kədərində ortaqlaşmamız və ortaq gələcək inşa etməmizdə böyük önəm daşıdığını vurğulayıb. Millət vəkili qonaqlara Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva eyni zamanda Azərbaycan-Türkiyə əlaqələrinin bu günü və perspektivləri barədə də danışıb. Türkiyənin Kanal-D” televiziyasının populyar “Gənc baxış” proqramının aparıcısı Abbas Güclü dəvət üçün bir daha təşəkkür edib, ailəsi ilə birlikdə məhz bütün Novruz Bayramı dövrünü Azərbaycanda olmaqdan, daha geniş tanımaqdan məmnun olduqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini, burada özlərini vətəndəki kimi hiss etdiklərini bildirib və proqramın növbəti buraxılışlarından birinin Azərbaycandan yayımlanması ilə bağlı düşüncə və planları barədə də danışıb və bu barədə Azərbaycan dövlətinin və millət vəkilinin öz dəstəyini əsirgəməyəcəyinə inandığını deyib.

Türkiyənin Kanal-D” televiziyasının populyar “Gənc baxış” proqramının aparıcısı Abbas Güclü Azərbaycana səfəri çərçivəsində Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, MM-in Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, bır sıra ziyalılarla da görüşüb və fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm