“İntellektual insan və vətəndaş cəmiyyəti” adlı tədbir keçirilib
Bizi izləyin

Qırmızı.az

“İntellektual insan və vətəndaş cəmiyyəti” adlı tədbir keçirilib

Azərbaycan Milli QHT Forumu “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələrin təşkili layihəsinin təqdimatını keçirib.

Publika.Az-ın məlumatına görə, layihə çərçivəsində “İntellektual insan və vətəndaş cəmiyyəti” adlı ilk tədbir Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, QHT və KİV nümayəndələri iştirak edirib.

Tədbiri giriş sözüylə açan Milli QHT Forumunun prezidenti Rauf Zeyni bu layihənin həyata kecirilməsinə dəstək verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyinə minnətdərlığını bildirib. Daha sonra layihə haqda ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın gələcək inkişafını təmin edən bu proqramdan əhalinin xəbərdar olması, bütün ictimaiyyətin məlumatlandırılması, geniş kütlələrin bu müzakirəyə cəlb olunması, yüzlərlə vətəndaşın, mütəxəssisin, dövlət məmurunun, QHT və media nümayəndələrinin, alimlərin bu müzakirələrdə iştirak etməsi, bu Konsepsiyanın mahiyyətinin geniş ictimai dairələrə çatdırılması Konsepsiyanın daha effektli və səmərəli qəbul edilməsini təmin edən amillərdəndir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Bakı şəhəri, Quba və Qəbələ rayonlarında bir çox tədbirlər keçiriləcək. R.Zeyni qeyd edib ki, intellektual insan və kamil vətəndaş yüksək səviyyəli vətəndaş cəmiyyətinin inkişafını təmin edən başlıca amillərdən biridir.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı direktoru Fərasət Qurbanov çıxışında qeyd edib ki, bu konsepsiyanın əsas istiqamətləri,vətəndaş cəmiyyəti və qeyri -hökümət təşkilatlarının inkişafı ilə əlaqədar konsepsiyanın 9-cu fəsli, həmçinin Dövlət Dəstəyi Şurasının bu illər ərzində vətəndaş cəmiyyətinin inkişafı məqsədi ilə həyata keçirdiyi fəaliyyət və konsepsiya çərçivəsində bundan sonra qarşıda duran vəzifələr haqda geniş məlumat verib.

Azərbaycan Milli Elmlər Akademiyasının Elmi-təşkilat idarəsinin rəisi,texnika üzrə elmlər doktoru Əminağa Sadıqov bu mövzunun aktuallığını qeyd edib. AMEA –nın bu konsepsiyaya çox böyük önəm verməsini, dövlətin inkişafı məqsədi ilə qəbul olunan bir çox dövlət praqramları, o cümlədən elmin inkişafı ilə əlaqədar olaraq AMEA-nın rəhbərliyi tərəfindən həyata keçirilən layihələr haqqında tədbir iştirakçıları məlumatlandırılıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanov bu tədbirin keçirilməsinə görə Milli QHT Forumuna öz minnətdarlığını bildirib. İntellektual insan və vətəndaş cəmiyyətinin vəhdət təşkil etdiyini, belə tədbirlərin keçirilməsini vətəndaş cəmiyyəti üçün aktual olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Tural Hümbətov çıxış edərək Akademiyada Konsepsiyanın tez-tez müzakirə olunduğunu və bu məsələnin təhsil müəssəsi olaraq gənc nəslin formalaşmasında və dövlətimizin gələcək inkişafında aktual olduğu haqda fikirlərini bildirib.

Sonda QHT nümayəndələri mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm