Elxan Süleymanov KİV nümayəndələrinə müraciət etdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Elxan Süleymanov KİV nümayəndələrinə müraciət etdi - FOTOLAR

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Şamaxıya press-tur təşkil edilib.

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Şamaxıya press-tur təşkil edilib.

Publika.Az-ın Şamaxıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, səfər çərçivəsində ilk olaraq AVCİYA rəhbərliyi və jurnalistlər Qobustan rayonunun Acıdərə kəndində Qafqaz İslam Ordusu zabitinin qəbrini ziyarət ediblər.

Daha sonra jurnalistlər Şamaxı rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar və burada muzey əməkdaşları KİV nümayəndələrinə Şamaxının tarixi, coğrafiyası və digər barədə məlumat veriblər.

Həmçinin, jurnalistlərə Şərədil kəndində 1918-ci ildə Qafqaz İslam Ordusu ilə ermənilər arasında Təkin dağ ərazisində gedən döyüşlər barədə məlumat verilib. Kənd sakinləri bildiriblər ki, bu ərazidə gedən döyüşlərin izlərinə bugün də rast gəlinir. Beləki, Təkin dağdan Qafqaz İslam Ordusuna aid ay-ulduz nişanlı gilizlər tapılır.

Daha sonra AVCİYA-nın 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə jurnalistlər üçün təşkil olunmuş press-tur çərçivəsində Şamaxının millət vəkli Elxan Süleymanovun qərargahında "1905.az" saytının təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən millət vəkili E.Süleymanov bildirib ki, tarix boyu ermənilər azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. Onun sözlərinə görə, XIX əsrin əvvələrində Cənubi Qafqaz Rusiyaya birləşdirildi: “Bu birləşmə Azərbaycan torpaqlarını və xalqını parçaladı. Həmin dövrdə İrandan və Osmanlıdan ermənilər bu torpaqlara köçürüldü. Azərbaycan torpaqlarına körülən ermənilər əvvəlcə öz mövqelərini möhkəmləndirdikdən sonra ilkin vaxtlarda tək-tək, lakin 1905-ci ildə kütləvi şəkildə azərbaycanlılara qarşı silahlı təcavüz etməyə başladılar. Nəticədə 1905 və 1907-ci illərdə ermənilər azərbaycanlılara qarşı kütləvi şəkildə hücumlara başladılar ki, bu da soyqırımın başlanğıcı oldu. Ümumilikdə 1905 və 1906-cı illərdə ermənilər İrəvan və Gəncə quberniyalarında 200-dən artıq azərbaycanlılara məxsus yaşayış məntəqəsini viran edib və əhalini soyqırıma məruz qoyublar. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım sonrakı dövrlərdə də davam edib. Tarixi Azərbaycan torpağında Ermənistan dövləti yaradıldıqdan sonra soyqırım və işğalçılıq siyasəti ermənilərin və Ermənistanın dövlət strategiyasına çevrilib. Onun davamı olaraq biz 1918, 1920, 1937, 1948 və ən nəhayət 1988-ci ildə azərbaycanlıların kütləvi şəkildə öz dədə-baba torpağı olan Ermənistandan qovulduqlarının şahidiyik. Ermənilər öz xislətlərindən əl çəkmədən 1992-ci ildə Xocalı soyqırımını həyata keçirdi”.

E.Süleymanovun sözlərinə görə, 2015-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırım cinayətlərinin 110 ili tamam olacaq: “Hesab edirəm ki, hər bir kəs ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Xüsusən, KİV nümayəndələri Azərbaycanın bu haqlı işinə daha da diqqətlə yaşamalı və ermənilərin iç üzlərinin açılmasında əlindən gələn köməliyi göstərməlidir”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü İlyas Babayev ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımların tarixi sənədlərdə əks olunduğunu diqqətə çatdırıb. O deyib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər müxtəlif vaxtlarda tarixi sənədlərdə qeyd edilib: “Bu tarixi faktlar bizə əsas verir ki, ermənilər tərəfindən millətimizin başına gətirilən vəhşilikləri dünyaya bəyan edəcək. Onların bizə qarşı törətdiyi tarixi cinayətləri kitablar və digər vasitələrlə beynəlxalq ictimaiyyətin nəzərinə çatdıraq. Bunun üçün Azərbaycan dövlətinin əlində tutarlı əsaslar var. Biz heç də ermənilər kimi olmayan yalan hadisələri dünyaya sırımırıq”.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin icraçı direktoru Fuad Babayev deyib ki, AVCİYA-nın təşəbbüsü ilə yeni yaradılan "1905.az" saytında Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlar barədə geniş məlumatlat əksini tapıb. Onun sözlərinə görə, sənədlər, xəritələr, multimedia materialları və soyqırımla bağlı nərşrlər bölməsi yaradılıb: "Həmçinin məktəblilər üçün sözlük bölməsi də yaradılıb. Bunun vasitəsilə gələcək nəsillərə soyqırımlar haqqında informasiya vermiş oluruq".

Təqdimatdan sonra AVCİYA rəhbərliyi və jurnalistlər 1918-ci ildə ermənilər tərəfindən dağıdılmış, lakin sonradan təmir edilən Şamaxı Cümə məscidində olublar. Burada KİV təmsilçilərinə məscidin tarixi barədə məlumat verilib və ermənilər tərəfindən bu abidəyə atılmış top izləri, azərbaycanlıların diri-diri yandırıldığı yerlər diqqətə çatdırılıb. Bundan başqa media nümayəndələri Şamaxıda yeni qoyulmuş Soyqırım Abidəsini və tarixi İmamzadə məscidini ziyarət ediblər.

Vasif Həsənli - Şamaxı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm