Dövlət Gömrük Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edib
Bizi izləyin

Qırmızı.az

Dövlət Gömrük Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, növbəti belə qəbul martın 28-də Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilmişdir. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləmişdir.

DGK-nın struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda komitənin səlahiyyətlərinə aid olan müraciətlərin bir qismi yerindəcə öz müsbət həllini tapmışdır. DGK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm