Bu günə olan hava proqnozu
Bizi izləyin

Qırmızı.az

Bu günə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutqun olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutqun olacağı ehtimalı var.

Temperatur gecə 4-7°, gündüz 15-20°, bəzi yerlərdə 22° isti, Bakıda gecə 5-7°, gündüz 18-20° isti olacaq.
Atmosfer təzyiqi 776 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gündüz saatlarından başlayaraq bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, bəzi yerlərdə 8°-dək isti, gündüz 15-20°, bəzi yerlərdə 24°-dək isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz saatlarından başlayaraq havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 13-18° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 4-8°, gündüz 15-20° isti, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz saatlarından başlayaraq yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 15-20° isti, bəzi yerlərdə 24°-dək isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 7-10°, gündüz 15-20° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm