Qırmızı.az
Sumqayıtdakı “Şəhidlər xiyabanı” kompleksi yenidən qurulacaq
Sumqayıt şəhərində Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin müraciətinə uyğun olaraq "Şəhidlər xiyabanı" kompleksinin yenidən qurulması, 20 Yanvar və Xocalı abidələrinin tikintisinə hazırlıq işləri gedir.
Martın 28-də Sumqayıt Şəhər İcra Hakimiyyətində şəhər
ictimaiyyətinin, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin
iştirakı ilə "Şəhidlər xiyabanı" kompleksinin Heydər Əliyev
Fondunun təşəbbüsü ilə həyata keçiriləcək yenidənqurma, 20 Yanvar
və Xocalı abidələrinin isə tikinti işləri layihələrinin təqdimatı
olmuşdur.
Tədbirdə "Şəhidlər xiyabanı"ndakı betondan hazırlanmış ulduz
abidəsinin günün tələblərinə cavab vermədiyi və onun sökülərək
yerində yeni abidənin ucaldılması fikri dəstəklənmişdir.
Abidənin memarı Vaqif Nəzərov qeyd etmişdir ki, bu abidə vaxtilə
Sovet İttifaqı dövründə beşguşəli ulduz formasında hazırlanmış,
müstəqillik dövründə isə səkkizguşəli ulduz formasına salınaraq
müvəqqəti saxlanılmışdır. O demişdir ki, adi betondan hazırlanan bu
abidə nə materialların keyfiyyəti, nə də məzmun baxımından günün
tələblərinə cavab vermir.
Memarlar İttifaqının idarə heyətinin üzvü Rasim Babakişiyev də
köhnə abidələrin həm keyfiyyət, həm də məzmun baxımından uyğun
olmadığını, yeni layihələrin müasir memarlıq standartlarına tam
cavab verdiyini və bu müqəddəs məkanın belə layihələrlə daha
möhtəşəm olacağını bildirmişdir.
Tədbirdə iştirak edən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri
yeni abidənin yaradılacağına görə dövlətimizin başçısına və Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini
bildirmişlər.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi