“Facebook” səhifəsi istifadəçilərinin sayı 135,5 min nəfəri ötüb
Bizi izləyin

Qırmızı.az

“Facebook” səhifəsi istifadəçilərinin sayı 135,5 min nəfəri ötüb

“Elektron hökumət” portalının rəsmi “Facebook” səhifəsi (www.facebook.com/egov.az) istifadəçilərinin sayı mart ayında təqribən 9 min nəfər artmışdır. Hazırda səhifə istifadəçilərinin sayı 135,5 min nəfəri ötüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Elektron hökumət” portalı üzərindən e-xidmətlərdən faydalanmaq istəyən istifadəçilər “Facebook” səhifəsinə daxil olaraq öz fikirlərini bildirir və paylaşırlar. Səhifəyə ünvanlanan suallar sosial tələb olaraq qəbul edilir, operativ şəkildə cavablandırılır, irəli sürülən təklif və rəylər mütəmadi olaraq nəzərə alınır.

“Facebook” səhifəsi ölkəmizdə “Elektron hökumət”in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqqında vətəndaşları maarifləndirmək məqsədilə yaradılmışdır. Dövlət strukturlarının göstərdikləri elektron xidmətlər hər bir vətəndaş üçün açıq olaraq portalda yerləşdirilir. Ölkəmizdə informasiya cəmiyyəti quruculuğunda aparılan işlər təhlil və müzakirə olunur, istifadəçilər keyfiyyətli elektron xidmətlərlə təmin edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm