31 Mart Dünya Azərbaycanlıları Soyqırımı İstanbulda anıldı - Video
Bizi izləyin

Qırmızı.az

31 Mart Dünya Azərbaycanlıları Soyqırımı İstanbulda anıldı - Video

31 Mart Dünya Azerbaycanlıları Soyqırımı Istanbulda Anıldı

İstanbulun Beykent Universitetində 31 mart soyqırım günü anılıb. Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı Türkiyə təmsilçisinin təşkilatçılığı, Beykent Universiteti Beynəlxalq Əlaqələr Klubunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan millət vəkili Sabir Rüstəmxanlı, İstanbuldakı konsulumuz Kənan Murtuzov, Beykent Universitetininin müəllimi Muzaffer Ürekli və DAK Gənclər Təşkilatı Türkiyə təmsilçisi Ərtoğrul Cahandar çixiş ediblər.

Ə. Cahandar bildirib ki, 31 mart 1918-ci ildə ermənilər başda Bakı olmaqla Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran rayonlarında bşyük soyqırım həyata keçiriblər: “Sadəcə Bakıda 12000 türk öldürülüb. Azərbaycanda martdan başlayan soyqırım sentyabr ayına qədər davam edib və Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun vəziyyətə müdaxiləsinə qədər davam edib. Bu qətliamlarda bütünlükdə 50 min Azərbaycan türkü öldürülüb. Bu gün 31 Mart 1998-ci ildən etibarən Dünya Azərbaycanlılarının soyqırım günü kimi anılır”.

Ə. Cahandar çıxışında gəncləri tariximizi unutmamağa çağırıb: ”Bizlər nə qədər tariximizə, keçmişimizə dəyər versək, hər kəs də bizə dəyər verəcək.

200-ə qədər iştirakçının olduğu (ictimai xadimlər, professorlar, tələbələr və İstanbulda yaşayan azəybaycanlılar) tədbirdə millət vəkili Sabir Rüstəmxanlı tələbələrə imzalı ‘’Difai fədailəri’’ kitabını hədiyyə edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm