Qar yağacaq
Bizi izləyin

Qırmızı.az

Qar yağacaq

Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutqun olacağı ehtimalı var. Cənub küləyinin arabir güclənəcəyi, axşam güclü şimal küləyi ilə əvəz olunacağı gözlənilir.



Havanın temperaturunun gecə 4-7, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcə isti olacağı gözlənilir.



Azərbaycanın rayonlarında isə martın 29-da hava şəraitinin axşam şimal və qərb rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.



Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 13-18 isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm