Bakıda ödəniş terminalı oğurlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda ödəniş terminalı oğurlandı

Bakıda "E" manat ödəniş terminalı oğurlanıb

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Xəzər rayonu ərazisində mağaza və şirkətlərdən oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Çingiz Həsənov Məhərrəmağa Ağayev tutulublar.



Müəyyən edilib ki, onlar Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən "Vois MMC"-yə məxsus Pay Point aparatını sındıraraq oğurluğa cəhd ediblər. Binə qəsəbəsi Donuzçuluq sovxozunda Sərdar Ağayevə məxsus mağazadan, qapını sındırmaq yolu ilə tütün məmulatları, Binə qəsəbə sakini Vəliyəddin Həsənova məxsus mağazanın kassasından 100 manat, mağazada olan Pay Point aparatını sındıraraq içərisində pul olan qutunu, Buzovna qəsəbəsində Nicat Ağayevə məxsus mağazadan "Mooleniz" MMC-yə məxsus "E" manat ödəniş terminalını, Binə qəsəbə sakini Azad Əhmədzadəyə məxsus marketdən "Mooleniz" MMC-yə məxsus Pay Point aparatı sındıraraq 2000 manat oğurlayıblar.



Oğurluqda şübhəli bilinən digər şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm