Azərbaycan Ordusunun əsgəri özünü güllələdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Ordusunun əsgəri özünü güllələdi

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu özünü güllələyib.

Teleqraf.com-un məlumatına görə, əsgər Rahid Səttar oğlu Əsgərov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, R. Əsgərov Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm