Məhkumun alt paltarından narkotik vasitə çıxdı
Bizi izləyin

Qırmızı.az

Məhkumun alt paltarından narkotik vasitə çıxdı

Cəzaçəkmə müəssisəsində narkotik maddə aşkar edilərək götürülüb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Bəhlul Sabir oğlu Əliyevin üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı məhkumun alt paltarının içərisində gizlədilmiş dərman şüşəsinin daxilində bir ədəd sellofana bükülmüş xalis çəkisi 0,180 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm