Zaur Hüseynov dilənçilərə müharibə elan etdi
Bizi izləyin

Qırmızı.az

Zaur Hüseynov dilənçilərə müharibə elan etdi

Bakı Metropolitenin rəisi Zaur Hüseynov tabeliyindəki işçilərə və metroda fəaliyyət göstərən polislərə ciddi tapşırıq verib.

"Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, Z.Hüseynov metroya dilənçilələrin və səyyar satıcıların girişini qadağan edib. Eyni zamanda bildirilir ki, metronun “Neftçilər” stansiyasında dilənçilərin çox olmasını nəzərə alaraq, stansiyada polislərin sayı artırılıb.

Belə ki, polislər və metro işçiləri artıq qaraçıların və səyyar satıcıların stansiyaya belə girişinə icazə vermirlər. /Azvision.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm