Alim Gövhər Baxşəliyevanı sərt təndiq etdi
Bizi izləyin

Qırmızı.az

Alim Gövhər Baxşəliyevanı sərt təndiq etdi

Alim Gövhər Baxşəliyevanı sərt təndiq etdi

“Ərəbşünas alim, özü də institut direktoru deyir ki, "ərəblərdə “ə” hərfi olmayıb – son olaraq “Azerbeycan” formasına rast gəlinir "

BayMedia xəbər verir ki, bu sözləri öz feysbuk səhifəsində Bakı Dövlət Universitetinin professoru, Aida Qasımova millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyevanın bu günlərdə mətbuata verdiyi müsahibəsi ilə bağlı yazdığı statusunda qeyd edib.

“Azərbaycanı "Azerbeycan" kimi yazmasından belə çıxır ki, alim səs və hərf anlamlarını qarışıq salıb. Guya ərəblərdə ə səsi olmayıb və e səsi onu əvəz edib. Məsələ burasındadır ki, ərəblərdə ə səsi olub, özü də necə! Qısa ə fəthə, uzun ə əlif və nöqtəsiz yə ilə bildirilir.

Ümumiyyətlə, ərəb əlifbasında qısa sait səslər yazıda əks olunmur, lazım gəlsə hərəkələrlə göstərilir. Uzun saitlər isə müvafiq olaraq əlif, yə və vav hərfləri ilə bildirilir.

Həm də, dərd burasındadır ki, ərəb dilində ey diftonqu istisna olmaqla e səsi yoxdur. Bu birinci kurs səviyyəsində bir bilgidir. Alim bu cür kobud səhvə necə yol verə bilər?”,-deyə professor qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm