Möhkəm asqırmaqdan öldü - Foto
Bizi izləyin

Qırmızı.az

Möhkəm asqırmaqdan öldü - Foto

Möhkəm asqırmaqdan öldü - Foto

İngiltərədə yaşayan 17 yaşlı Liam Endryus dalbadal 6 dəfə asqırdıqdan sonra beyin tutulmasından ölüb. Əvvəlcə ağrı içində qusarkən anası təcili tibbi yardım çağırıb. Oğlan yalnız 4 gündən sonra xəstəxanada canını tapşırıb. Onun ölüm səbəbi asqırdıqdan sonra beynində təzyiqin sıxılması ola bilər. Halbuki, bu, nadir hal hesab olunur.

Asqırdıqdan sonra baş ağrısından əziyyət çəkən oğlana anası parasetamol həbi verib və başağrını ciddi qəbul etməyib. Oğlanın halı getdikcə pisləşib və xəstəxanaya çatdırılan oğlanın beynində qan laxtalanması aşkar edilib və dərhal əməliyyata götürülüb. Lakin bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, 12 yaşlı qardaşının ad günündə rəhmətə gedib. Hadisədən nə anası, nə də həkim heyəti özünə gələ bilmir. Tamamilə sağlam oğlanın orqanları donor kimi 6 xəstə arasında paylaşdırırlıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm