“Neftçi” – “Xəzər Lənkəran” matçında dava: yaralananlar var - FOTO
Bizi izləyin

Qırmızı.az

“Neftçi” – “Xəzər Lənkəran” matçında dava: yaralananlar var - FOTO

Azərbaycan Premyer Liqasının XXVIII turunun "Neftçi" - "Xəzər Lənkəran" matçında dava düşüb.

Azərbaycan Premyer Liqasının XXVIII turunun "Neftçi" - "Xəzər Lənkəran" matçında dava düşüb.

"Neftçimaniya" fanklubunun azarkeşlərinin "Axar.az"a verdiyi məlumata görə, əzəli rəqiblərin “Bakcell Arena”da keçirilən qarşılaşmasında meydan sahiblərinin azarkeşləri ilə polis əməkdaşları arasında gərginlik yaranıb. Məlumata görə, polis əməkdaşları "Neftçi" tərəfdarlarına ayaqüstə azarkeşlik etməyə imkan verməyib. Azarkeşlər 1- ci hissədən sonra stadionu tərk edib, şüarlarla çölə çıxıblar və polislə qaşıdurma da stadiondan kənarda yaşanıb. Qarşıdurma zamanı xəsarət alanlar olub.

Bir başqa məlumata görə isə oyun zamanı partlayıcı maddələrdən istifadə etdikləri üçün 4 azarkeş saxlanılıb. Polislə yaranan qarşıdurma zamanı xəsarət alan azarkeşlərdən birinin fotosunu təqdim edirik. Xatırladaq ki, qarşılaşma "Neftçi" komandasının 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm