Quba və Qusarda güclü qar yağıb
Bizi izləyin

Qırmızı.az

Quba və Qusarda güclü qar yağıb

Yazın gəlməyinə baxmayaraq Azərbaycana qar yağıb. ANS PRESS-in məlumatına görə, gecə saat 3-dən başlayaraq şimal bölgəsinə qar yağmağa başlayıb.

Yazın gəlməyinə baxmayaraq Azərbaycana qar yağıb. Gecə saat 3-dən başlayaraq şimal bölgəsinə qar yağmağa başlayıb.

Ən çox qar Qubanın Xınalıq kəndi ərazisində yağıb. Qarın qalınlığının 22 santımetr olduğu bildirilir. Qusarın dağlıq Ləzə kəndinin ərazisində isə 15 santımetr qalınlığında qar yağıb.

Şimal bölgəsində havanın temperaturu 10 dərəcəyə qədər aşağı düşüb. Qusarda mənfi 6 dərəcə, Qubada mənfi 5 dərəcə, dağlıq ərazilərdə isə mənfi 6-11 dərəcə soyuq hava müşahidə olunur.

Şimal bölgəsində yerləşən rayon mərkəzlərində də qarlı hava müşahidə olunur. Hazırda qarın yağması davam edir.

Quba Ərazi Hidrometerelogiya Mərkəzindən bildiblər ki, gün ərazində qarın yağması davam edəcək. Aprelin 1-nə qədər havanın qeyri-sabit keçəcəyi gözlənilir. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm