Lənkəranda 13 tank əleyhinə mina zərərsizləşdirilib
Bizi izləyin

Qırmızı.az

Lənkəranda 13 tank əleyhinə mina zərərsizləşdirilib

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi əməliyyat qrupu Lənkəranın dənizsahili ərazilərinin minalardan təmizlənməsinə başlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi əməliyyat qrupu Lənkəranın dənizsahili ərazilərinin minalardan təmizlənməsinə başlanıb.

13 nəfərlik qrup tərəfindən qısa müddətdə 15 hektar ərazinin 4 hektarında 13 ədəd TM-62 tipli tank əleyhinə mina və 2 ədəd mina başlığı aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-nın baş mütəxəssisi Adil Aslanovun verdiyi məlumata görə, axtarışların aparıldığı ərazidə keçmiş SSRİ zamanında tank alayı yerləşmişdir. 1990-cı illərin əvvəllərində hərbçiləri Lənkəranı tərk edərkən alaya məxsus xeyli sayda silah-sursatı ataraq gediblər.

Xəzər dənizində suyun səviyyəsi qalxdıqdan sonra hərbi hissənin yerləşdiyi ərazinin bir çox hissəsi, o cümlədən 2 hərbi sursat anbarı su altında qalmışdır. Odur ki, ANAMA-nın əməliyyatçıları axtarışları təkcə quruda deyil, həm də dənizdə aparırlar.
/Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm