Qırmızı.az
Güclü külək ciddi fəsadlar törədib - VİDEO
Ötən gecədən başlayan və sulu qarla müşayət olunan güclü külək ölkənin bəzi şəhər və rayonlarında ciddi fəsadlar törədib. Məlumata görə, Bərdə və Tərtər rayonları işıqsız qalıb. Külək elektrik dirəklərini aşırıb, naqilləri sıradan çıxarıb, ağacları aşırıb. Kəndlərin bəzilərində evlərin dam örtüyünü atıb. Goranboyun dağlıq ərazilərində yerləşən yaşayış məntəqələri isə 10 sm qar altındadır.
Azərbaycanın şimal bölgəsinə də gecə saat 3-dən başlayaraq qar
yağmağa başlayıb. Ən çox qar Qubanın Xinalıq kəndi ərazisində
yağıb. Qarın qalınlığının 22 santimetr olduğu bildirilir. Qusarin
Dağliqləzə kəndinin ərazisində isə 15 santimetr qalınlığında qar
yağıb. Şimal bölgəsində havanın temperaturu 10 dərəcəyə qədər aşağı
düşüb.
Bu gün səhər saatlarından Şəkiyə də qar yağıb. Bəzi dağlıq
hissələrdə qarın hündürlüyü 20 sm-ə çatıb. Güclü küləklə müşayiət
olunan qar bölgədə bəzi fəsadlara da səbəb olub. Regional elektrik
şəbəkəsindən aldığımız məlumata görə, dunən axşam saatlarından
başlayan güclü külək və səhər saatlarından əraziyə düşən yağıntı
bölgənin bəzi rayonlarında elektrik xəttlərinin qırılmasına səbəb
olsa da, hazırda fəsadlar aradan qaldırılır. həmin ərazilərə enerji
verilişi bərpa olunub.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO