Xaçmazda rusları daşıyan avtomobil körpüdən aşıb
Bizi izləyin

Qırmızı.az

Xaçmazda rusları daşıyan avtomobil körpüdən aşıb

Xaçmaz rayonunda Rusiya vətəndaşlarını daşıyan avtomobil körpüdən aşıb. Hadisə Gəndob-Yalama yolunun 16-cı kilometrliyində, Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verib.

Xaçmaz rayonunda Rusiya vətəndaşlarını daşıyan avtomobil körpüdən aşıb. Hadisə Gəndob-Yalama yolunun 16-cı kilometrliyində, Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verib.

Bakıdan Rusiya istiqamətinə gedən “Ford Focus” markalı avtomobilin sürücüsü Rusiya vətəndaşı Başxanov Əli Arbiyeviç idarəetməni itirib və avtomobil Dağarcıq çayı üzərindəki körpüdən aşıb.

Baş Dövlət Yol Polisinin müstəntiqi Elşən Mürsəliyevin verdiyi məlumata görə, hadisə nəticəsində sürücü və 4 qadın xəsarət alıb. İlkin ehtimala görə, avtomobilin aşmasına səbəb kimi yüksək sürət və bölgədə müşahidə olunan qeyri-sabit hava şəraiti göstərilir.

Qeyd edək ki, Rusiya vətəndaşları Azərbaycana ticarət məqsədi ilə gəliblərmiş. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm