Türkiyəli jurnalist Azərbaycandan yazdı
Bizi izləyin

Qırmızı.az

Türkiyəli jurnalist Azərbaycandan yazdı

Türkiyənin “Kanal-D” kanalının populyar “Gənc baxış” proqramının aparıcısı və tanınmış "Milliyyet" qəzetinin yazarı Abbas Güclünün "Milliyyet Akademi" dərgisində Azərbaycana ziyarəti ilə bağlı yazdığı "Türk dünyasının parlayan ulduzu Azərbaycan" adlı məqaləsi çap edilib.

Publika.Az-ın məlumatına görə, millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın dəvəti ilə Novruz Bayramında ölkəmizə səfər edib. "Milliyyet" qəzetinin yazarı Abbas Güclü "Milliyyet Akademi" dərgisində "Türk dünyasının parlayan ulduzu Azərbaycan" adlı məqaləsində səfərlə bağlı təəssüratlarını bölüşüb.

Jurnalın üz qabığı Azərbaycana ayrılıb və orada Azərbaycanın ümummili lideri Heydər Əliyevin və onun xanımı, dəyərli alim, ziyalı, oftolmoloq Zərifə xanım Əliyevanın Fəxri Xiyabandakı abidələri öz əksini tapıb və Abbas Güclünün onların böyük şəxsiyyəti, güclü sevgiləri və Azərbaycanda qadına verilən böyük dəyər haqqında fikirləri öz əksini tapıb. Azərbaycanın sürətlə inkişaf etdiyini qeyd edən müəllif busürətli iqtisadi inkişaf nəticəsindəAzərbaycanın tezliklə bütün Türk dünyasının parlayan ulduzuna çevriləcəyini qeyd edib. Azərbaycanda özünü öz doğma vətənində hiss etdiyini, Novruz Bayramında bu ölkəyə səfər edib bayramın adət-ənənələri ilə yaxından tanış olmaq imkanına malik olmasının məmnunluğunu ifadə edib.

Azərbaycanın ən əsas probleminin Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalı altında olan torpaqlar olduğunu qeyd edən müəllif azərbaycanlıların Dağlıq Qarabağ münaqişəsini BMT-nin qəbul etdiyi qətnamələr əsasında beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsini istədiklərini qeyd edib. Ölkəmizdə dünyanın ən yaxşı universitetlərinə qəbul olunmuş tələbələrə dövlət dəstəyinin göstərildiyi, ixtisaslı kadrlara böyük önəm verildiyi qeyd olunur. Azərbaycanda aydın olmağın böyük şərəf olduğunu qeyd edən müəllif sənətə,sənətçiyə, yazarlara, ziyalılara heç bir ölkədə Azərbaycan qədər böyük önəm verilmədiyini, onlara çox ehtiram göstərildiyini qeyd edib. Azərbaycanın Eurovision mahnı müsabiqəsinə ev sahibliyi etdiyini, 2015-ci İlk Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcəyini yazan Abbas Güclü bununla bağlı ölkədə sürətli abadlıq-quruculuq işlərinin getdiyindən bəhs edib.

Gənc dövlət olmasına baxmayaraq çox sürətli iqtisadi inkişafın getdiyini qeyd edən Abbas Güclü bu gedişatla Azərbaycanın tezliklə sadəcə Türk dünyasının deyil, bölgənin də parlayan ulduza çevrilə biləcəyini bildirib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm