Səyyar ASAN xidmət regionlarda
Bizi izləyin

Qırmızı.az

Səyyar ASAN xidmət regionlarda

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar 1 aprel 2014-cü il tarixindən etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaqdır.

Publika.Az-ın verdiyi xəbərə görə, məqsəd regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsidir.

2014-cü dekabr ayına qədər Səyyar ASAN xidmət vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Səyyar ASAN xidmət vasitəsi ilə 2014-cü aprel ayında aşağıdakı məntələrdə müvafiq rayonların sakinlərinə xidmət göstəriləcəkdir:

1-10 aprel tarixində Qazax rayonunda Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinə,1-12 aprel tarixində Xırdalan şəhərində Abşeron rayonun sakinlərinə, 14-23 aprel tarixində Ağstafa rayonunda Ağstafa, Qazax, Tovuz rayonlarının sakinlərinə,16-25 aprel tarixində Hacıqabul rayonunda Hacıqabul rayonunun sakinlərinə, 27 aprel – 8 may tarixində Tovuz rayonunda Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinə, 29 aprel - 8 may tarixində Kürdəmir rayonunda Kürdəmir rayonun sakinlərinə xidmət göstəriləcək.

Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin ediməsi, vətəndaş məmnunluğuna nail olunması SəyyarASAN xidmətin həyata keçirilməsinin əsas məqsədidir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm